NBA çempionu həbs olundu

media-hightechnic-468x90

Son olaraq Milli Basketbol Assosiasiyasında (NBA) mübarizə aparan “Minnesota Timbervulvz”da çıxış etmiş Breyn Forbes həbs olunub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı oyunçu keçmiş sevgilisinə qarşı təcavüzkar davranışa görə azadlıqdan məhrum edilib.

Basketbolçu iki uşaq anası olan xanımın evinə daxil olaraq onu başından vurub, daha sonra boğmağa çalışıb. Zərərçəkən qaçaraq kömək çağıra bilib.

Qeyd edək ki, Breyn Forbes 2021-ci ildə “Miluoki Baks”ın heyətində NBA çempionluğu yaşayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600