Neftin qiyməti yaxın vaxtlarda yüksəlməyə başlayacaq.
Yenicag.az anspress-ə istinadən bildirir ki, bu barədə OPEC-in baş katibi Abdulla əl-Bədri açıqlama verib.
Onun sözlərinə görə, neft sahəsinə yatırılan investisiyaların azaldılması neftin bir barrelinin 200 dollara satılmasına səbəb olacaq.
“Hazırda neftin bir barreli təxminən 45-55 dollaradır. Hesab edirəm ki, bu ən aşağı həddir və tezliklə biz kəskin qiymət artımını müşahidə edəcəyik”, – deyə baş katib bildirib.
Qeyd edək ki, yanvarın 26-da Londonun ICE birjasında Brent markalı neftin bir barrelinin qiyməti 48,53 dollar təşkil edib.
www.yenicag.az