Neft bahalaşacaq - 100 dollaradək

media-hightechnic-468x90

“Brent” neftinin bir barreli 100 dollaradək bahalaşacaq.

Yenicag.az xəbər verir ki, bu barədə “Morgan Stanley” bankının analitiklərinin proqnozunda bildirilib.

Analitiklər qiymət artımını 2022-ci ilin sonuna yaxın qlobal neft ehtiyatlarının azalacağı ilə izah edirlər. Bununla yanaşı, dünyada ehtiyat gücünün indiki sutkalıq 3,4 milyon barreldən 2 milyon barrelədək düşəcəyi bildirilir.

Qeyd edək ki, daha öncə ekspertlər qiymətin 90 dollara qədər artımını gözləyirdi və artıq bu gün “Brent” markalı neftin bir barreli 87,89 dollar təşkil edib.

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600