!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neft yenə bahalaşır – Bu dəfə ABŞ-Çin “ticarət müharibəsi”nə görə

!Reklam – Yazi

“Amerikada neft ehtiyatlarının 5,8 milyon barel azalması xəbəri “qara qızıl”ın yenidən bahalaşmasına təkan verib”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son həftələrdə dünya bazarında ucuzlaşmaqda olan neftin qiymətinin yenidən artmağa meyllənməsinin səbəblərini izah edən neft-qaz məsələləri üzrə mütəxəssis İlham Şaban deyib.

İlham Şaban qeyd edib ki, neftin qiymətinə təsir göstərən amillərdən biri də ilin sonuna doğru dünya bazarında təklifin azalması gözləntisidir:
“Bildiyiniz kimi, ABŞ-da neft hasilatı ilə bağlı həftəlik hesabat açıqlandı. Həmin hesabata əsasən, ABŞ-da neft ehtiyatları 5,8 milyon barel azalıb. Digər tərəfdən, Amerika ilə Çin arasında getdikcə güclənməkdə olan “ticarət müharibəsi” də neftin bahalaşmasına ciddi təsir göstərib. Pekinin cavab tədbiri olaraq ABŞ məhsullarına gömrük rüsumu tətbiq etməsi bahalaşmaya yeni təkan verib.

Qiymət bahalaşmasına hələlik təsir göstərən başqa elə bir amillər olmayıb. Eyni zamanda, neftin qiymətinin artması həm də ABŞ-ın öz ehtiyatlarını satışa çıxarmaq niyyətini açıqlaması ilə əlaqədardır. Bu da ondan irəli gəlir ki, ilin sonunda dünya neft bazarında təklif azalacaq”.

Qeyd edək ki, dünyanın əsas birjalarında neftin qiymətində əvvəlki günlərlə müqayisədə ciddi artım qeydə alınaraq, hər barelə görə 75-76 dollara yüksəlib. Halbuki buna qədər əks proses gedirdi və nəticədə “qara qızıl”ın qiyməti hətta 72 dollara düşmüşdü.

ELÇİN

COP29

www.yenicag.az

3363
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv