Reklam: High Technic
hightechnic

Neftçalada avtomobil aşdı - Sürücünün 7 yaşlı oğlu öldü

Neftçalada yol qəzasında uşaq ölüb.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Kürqarabucaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Aşağı Qaramanlı kənd sakini Təbriz Tağıyev idarə etdiyi “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Nəticədə avtomobildə olan sürücünün 7 yaşlı oğlu İntiqam Tağıyev dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır./Report/

www.yenicag.az

2486