“Neftçi” ardıcıl 3-cü dəfə mövsümə qələbəsiz başladı
“Neftçi” ardıcıl 3-cü mövsümdə Premyer Liqaya qələbəsiz başlayıb.
Yenicag.az xəbər verir ki, “ağ-qaralar” Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümünün ilk turunda “Şamaxı” ilə heç-heçə edib – 1:1.
Bakı klubu 2023/2024-cü illər mövsümündə səfərdə “Kəpəz”, ötən çempionatda evdə “Turan Tovuz”la start matçında qələbə qazana bilməmişdi – müvafiq olaraq 0:1 və 0:0.
Ardıcıl üç çempionatın ilk oyununda qalib gəlməmək “Neftçi”nin Azərbaycan çempionatlarındakı yeni antirekordudur. Paytaxt təmsilçisi bunadək bir dəfə – 2007/2008 və 2008/2009-cu illər mövsümlərində ardıcıl startda xal itirib.
Qeyd edək ki, “Neftçi” 34 mövsümdən 21-nin ilk oyununda qələbəyə sevinib./Azertag/