Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

“Neftçi” uduzdu, “Qəbələ” qalib gəldi

Reklam: High Technic

Azərbaycan Premyer Liqasında 25-ci turun oyunları davam edir.

Yenicag.az xəbər verir ki, bu gün daha iki görüş keçirilib.

“Keşlə” öz meydanında “Neftçi”ni, “Qəbələ” isə autsayder “Kəpəz”i qəbul edib. Paytaxt derbisində sevinən “Keşlə” olub. “Qəbələ” isə autsayderi böyük hesabla məğlub edib.

Qeyd edək ki, “Sumqayıt” – “Səbail” matçı sabah baş tutacaq.

Çempionluğunu ötən tur rəsmiləşdirən “Qarabağ” isə dünən “Zirə” üzərində 2:1 hesablı qələbə qazanıb.

Azərbaycan Premyer Liqası
XXV tur
28 aprel

“Keşlə” – “Neftçi” 2:1
Qollar: Vaqif Cavadov, 21. Adrian Skarlatake, 68 – Namiq Ələsgərov, 43.
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Nahid Əliyev, Ömər Paşayev
“İnter Arena”

“Qəbələ” – “Kəpəz” 3:0
Qollar: Filip Ozobiç, 31. Stiven Monroz, 39. Cavid Hüseynov, 45+1.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
Qəbələ şəhər stadionu

Loading...

www.yenicag.az

2351
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100