2017/2018 mövsümünü 3-cü pillədə başa vuran “Neftçi”dən ayrılan futbolçulardan birinin adına aydınlıq gəlib.
Yenicag.az xəbər verir ki, söhbət İqnasio Erreradan gedir.
Bu barədə 31 yaşlı çilili futbolçu şəxsi “İnstagram” hesabında yazıb. “Birlikdə gözəl vaxt keçirdik, hər şey üçün təşəkkürlər. Çox sağ olun”, deyə bakılıların legioneri paylaşımında bildirib.
Qeyd edək ki, Errera “Neftçi”yə 2017-ci ilin yanvarında gəlmişdi.
www.yenicag.az