"Neftçi"nin iki futbolçusu Türkiyədəki düşərgəni tərk etdi - SƏBƏB

media-hightechnic-468x90

Türkiyədə yeni mövsümün hazırlığını davam etdirən “Neftçi” komandasının iki futbolçusu müalicə məqsədilə müvəqqəti olaraq düşərgəni tərk edib.

Yenicag.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunlar məşqlərdə ayaq əzələsində yüngül zədə alan Baqali Dabo və Haiti millisinin təlim-məşq toplanışından zədə səbəbindən yarımçıq geri dönən Soni Mustivardır.

Hər iki futbolçu ən qısa zamanda komandaya qoşulmaları və Avropa Liqasının birinci mərhələsindəki oyunlara hazır olmaları üçün İtaliyaya göndərilib. Onların xüsusi klinikada müalicə alaraq tez bir vaxtda sağlamlıqlarına qovuşmaları üçün həkimlərin rəyi əsasında bu addım atılıb.

Qeyd edək ki, “Neftçi” iyunun 20-si, 25-i və 30-da yoxlama görüşü keçirəcək. Sınaq matçlarındakı rəqiblərimiz ayın 20-də “SKA-Xabarovsk” (Rusiya), 30-da isə “Vorskla” (Ukrayna) olacaq. Ayın 25-dəki rəqib hələ ki bəlli deyil. İyulun 1-i axşam saatlarında vətənə qayıdacaq komanda üzvləri iki günlük istirahətdən sonra Avropa Liqasının birinci mərhələsindəki oyunların hazırlığına başlayacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600