“Neftçi”nin üç futbolçusu “Qarabağ”la matçı buraxacaq

media-hightechnic-468x90

“Neftçi” Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ”la keçiriləcək oyundan əvvəl zədəli futbolçuların son durumunu açıqlayıb.

Klubdan Yenicag.az-a verilən məlumata görə, fərdi olaraq hazırlıq keçən müdafiəçi Azər Əliyev fizioterapiya prosesindədir. Qapıçı Emil Balayev, eləcə də Fələstin millisində zədələnən yarımmüdafiəçi Ataa Caber isə bərpa və müalicə mərhələsini davam etdirir.

Qeyd edək ki, martın 3-də “Neftçi Arena”da oynanılacaq qarşılaşma saat 19:00-da start götürəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa