Neftimiz və qazımız nə qədərdir?

media-hightechnic-468x90

64eafac80153d49d173764c900999dabBu gün Azərbaycanın neft ehtiyatlarının ümumi həcmi 2 mlrd. tona bərabərdir.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatlarının həcmi isə 2 trln. 550 mlrd. kub metrə bərabərdir. “Bundan başqa bizim proqnoz ehtiyatlarımız var. Bunlardan “Zəfər” və “Məşəl”, “Asiman-Şəfəq”, “Naxçıvan” kimi strukturların böyük qaz-kondensat ehtiyatına malik olması ilə ümumilikdə bizim 6 trln. kub metr qazımız olur”, – deyə X. Yusifzadə bildirib.

Vitse-prezident əlavə edib ki, yalnız texniki məsələlər həll olunduqdan sonra kəşf edilən yataqlarda olan təbii qaz 2018-2020-ci illərdə müvafiq kəmərlərlə ixrac oluna bilər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa