Nənəsini “Facebook”a görə döydü

media-hightechnic-468x90

VmlK83JAp4M9ABŞ-ın Florida ştatının sakini Rayçel Ann Heys Facebook sosial şəbəkəsində onun dostluq təklifini qəbul etmədiyi üçün nənəsinin sifətinə bir neçə dəfə zərbə vurub.

media-banner_tkm

27 yaşlı nəvə 72 yaşlı nənəsinə hücum edərkən sərxoş vəziyyətdə olub.

Hadisə yerinə gələn polislər R.A.Heysi həbs ediblər. Məhkəmə prosesində qadın bildirib ki, o işini itirməkdən qorxur və girovun ödənilməsi müqabilində azadlığa buraxılması üçün ağlayaraq yalvarıb. Lakin A.Heys nənəsini döydüyünə görə üzr istəməyib.

Daha sonra nənə deyib ki, o 27 yaşlı nəvəsini Facebook-da dostluğa ona görə qəbul etməyib ki, nəvəsinin sosial şəbəkədəki adı onun xoşuna gəlməyib. Belə ki, qız özünü “Rachel Frickin Hayes” adlandırıb.

Məhkəmə isə Ann Heysi 9 min dollar girov müqabilində azadlığa buraxıb.

Qeyd edək ki, A.Heys bundan əvvəl sərxoş vəziyyətdə törətdiyi hadisələrə görə 3 dəfə polis tərəfindən saxlanılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05