Nensi Pelosinin evinin önünə donuz kəlləsi qoydular – FOTOLAR

media-hightechnic-468x90

ABŞ-da naməlum şəxslər Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin evinin divarlarına qraffiti çəkiblər və şüarlar yazıblar.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Söhbət xanım siyasətçinin Konqresdə təmsil etdiyi Kaliforniyanın San-Fransisko şəhərindəki evindən gedir.

Qaraj qapısındakı yazılar arasında – “2K $” (2000 ABŞ dolları – Demokratların hər amerikalıya pandemiya fonunda yardım olaraq təklif etdiyi birdəfəlik ödəmə – Red) “2 min dollar”, “Kirayəni ləğv et!”, “Hamısını istəyirik!”, “Universal minimum gəlir” yazıları da var.

Evin kənarlarında anarxistlərin simvolu – bir dairədə “A” hərfi yazılıb.

Yerli “KRON4” telekanalının verdiyi məlumata görə, evin qarşısına həmçinin kəsilmiş donuz başı atılıb və həyətə süni qan tökülüb. Hazırda ev yazılardan təmizlənir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05