Nepalda təbii fəlakət: Ölənlərin sayı 43 nəfərə çatdı

media-hightechnic-468x90

Nepalda ötən gün axşam saatlarından başlayan güclü yağışlardan sonra meydana gələn daşqın və sürüşmələr nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, Nepal Daxili İşlər Nazirliyi təbii fəlakət nəticəsində 20nəfərin yaralandığını, 24 nəfərin isə itkin düşdüyünü bildirib.

Güclü yağış ölkənin 21 rayonunda ciddi fəsadlara səbəb olub.

Yerli icra orqanları 850 nəfəri təxliyyə edib. Lazımi yardımlar üçün təxminən 28 min təhlükəsizlik qüvvələrinin əməkdaşları səfərbər olunub.

Nepal hökuməti yerli sakinlərə təhlükəsiz yerdə qalmağı təkidlə tövsiyə edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600