Nepalı yeni fəlakət gözləyir-Pakistandan
Pakistanda leysan yağışları ilə müşayiət olunan qasırğa 44 nəfərin ölümünə, 200 nəfərdən artıq insanın isə xəsarət almasına səbəb olub. Hazırda qasırğanın bir neçə gün bundan əvvəl güclü zəlzələnin dağıdıcı təsirinə məruz qalan Nepala doğru hərəkət etdiyi bildirilir.
Yenicag.az azertac-a istinadla xəbər verir ki, Pakistanın Xeybər-Paxtunxva əyalətində dağıntılara səbəb olan qasırğanın sürəti saatda 110 kilometrə çatıb. Əyalətin inzibati mərkəzi Peşevar şəhərində onlarla ev dağılıb, elektrik naqilləri qırılıb, avtomobil yollarında hərəkət iflic olub.
Hindistanın meteoroloji xidməti qasırğanın daha da güclənərək Cənubi Asiya ölkələrinə, o cümlədən bir neçə gün bundan əvvəl güclü zəlzələnin dağıdıcı təsirinə məruz qalan Nepala doğru hərəkət etdiyini bildirib.