Nərgiz Paşayevanın qızı ən nüfuzlu rəssamlar siyahısında

media-hightechnic-468x90

kkoM.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın qızı, YARAT Müasir İncəsənət Məkanın təsisçiçi Aida Mahmudova mədəniyyət və incəsənət üzrə aparıcı saytlarından olan “The Culture Trip”in dərc etdiyi Mərkəzi Asiya və Qafqaz regionunun incəsənət sahəsində ən nüfuzlu qadınlarının siyahısına daxil olub.

Rəssamdan başqa, siyahıda Gazelli Art House-un təsisçisi və direktoru Mila Əsgərovanın, Qazaxıstandan olan rəssamlar Almagül Menlibayevanın, Annya Sandın, kuratorlar Sara Razanın, Gayane Umerovanın və Natalya Dyunun da adı var.

Məqalədə Aida Mahmudovanın yaradıcılığından və Azərbaycanda müasir incəsənətin inkişafında göstərdiyi xidmətlərindən bəhs olunur. Rəssam Londondakı Central Saint Martins Kollecində incəsənət ixtisası üzrə təhsil alıb. Hazırda o öz vaxtını Bakı və London arasında bölüşdürür, işləri beynəlxalq sərgilərdə nümayiş etdirilir. O, rəngkarlıqdan tutmuş video-instalyasiyaya kimi müxtəlif üsullardan istifadə edir.

Aida Mahmudova Azərbaycanın müasir incəsənətinə milli və beynəlxalq səviyyədə dəstək göstərmək məqsədilə 2011-ci ildə “Yarat” təşkilatının əsasını qoyub.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600