“Nərimanov gözəl ziyalı, pis siyasətçi olub”

media-hightechnic-468x90

images (2)Ənvər Əliyev: “Tarixi məqamları əks etdirən yer və rayon adlarının dəyişdirilməsi əleyhinəyəm”

Vurğun Əyyub: “Onun ziyalılığı və yazıçılığını nəzərə alaraq…”

Azərbaycan milli-azadlıq hərəkatı iştirakçıları arasında da sovet rejiminə xidmət edən və sonda onun qurbanı olan Nəriman Nərimanov haqqında birmənalı fikir yoxdur. Onlardan bəziləri N. Nərimanovun adını daşıyan yer və rayon adlarını dəyişdirməyi təklif edir. Lakin milli-azadlıq hərəkatının aparıcılarından olan, AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev Yenicag.az-a açıqlamasında Nərimanov haqqında yüksək fikirdə olduğunu söylədi:
“Ümumi olaraq demək istəyirəm ki, tarixi məqamları əks etdirən yer və rayon adlarının dəyişdirilməsinin əleyhinəyəm. Nəriman Nərimanov Azərbaycan üçün böyük işlər görüb, ölkənin taleyüklü məsələlərində böyük xidmətləri olan bir insandır. Təəssüf ki, Nərimanov müstəqil Cümhuriyyəti qəbul etmədi. Sonradan ona dəyən zərbələr Azərbaycanı sevdiyindən, onun mənafeyi üçün çalışdığından irəli gəlir. Şəxsən Nəriman Nərimanovun adına olan yerlərin dəyişdirilməsinin, heykəlinin götürülməsinin tərəfdarı deyiləm. Tariximizi yaxşı bilməli, Azərbaycan tarixində ciddi məqamlar var ki, onları öyrənməliyik. Nərimanovun olduqca mürəkkəb həyatı olub. İstəmərəm ki, onun Azərbaycan xalqı qarşısındakı xidmətlərinə hər hansı bir kölgə düşsün”.
Milli-azadlıq hərəkatının digər iştirakçısı Vurğun Əyyub isə açıqlamasında Nərimanovun fəaliyyətinə bir qədər fərqli baxışdan yanaşdı: “Mənim aləmimdə Nərimanov gözəl bir ziyalıdır. Ortabab Azərbaycan yazıçısıdır. Pis siyasətçidir. Onun ziyalılığı və yazıçılığını nəzərə alaraq, adına olan küçə adlarının götürülməsi tərəfdarı deyiləm. Bununla bərabər, Nərimanovun xidmətlərini böyütməyin, onu dahi adlandırmağın da tərəfdarı deyiləm”.

 

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600