Nəsib Nəsibli Müsavatdan istefa verdi

media-hightechnic-468x90

82739Keçmiş millət vəkili Nəsib Nəsibli Müsavat Partiyasının üzvlüyündən istefa verib.

Bu barədə  Müsavat Partiyasının ilk üzvlərindən biri, keçmiş Müsavatçı Xaləddin İbrahimli verib. Onun sözlərinə görə, N. Nəsibli ötən gün partiya sıralarından çıxması ilə bağlı Müsavatın Xətai Rayon Təşkilatına ərizə ilə müraciət edib.

Qeyd edək ki, N. Nəsibli milli-demokratik hərəkatda fəal iştirak edib, Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü seçilib, eyni zamanda Müsavat Partiyasının Azərbaycanda fəaliyyətinin bərpa edilməsi işində çalışıb. 1989-1992-də Yeni Müsavat Milli Demokratik Partiyasına başçılıq edib, Müsavat Partiyası Bərpa Mərkəzinin birinci katibi olub.

1994-1996-da Müsavat Partiyasının xarici əlaqələr katibi vəzifəsində işləyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600