!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəsimi Paşayev istefa verdi

!Reklam – Yazi

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev istefa verib.

Yenicag.az xəbər verir ki, bu barədə.Paşayev şəxsi “facebook” səhifəsində paylaşım edib:

“Hörmətli kütləvi informasiya vasitələri nümayəndələri, sevgili dostlar!
2014-cü ilin mart ayında mindiyim metro qatarı son stansiyaya çatdı. Təəssüf hissi ilə qeyd etməliyəm ki, mayın 31-də artıq bu stansiyada düşməliyəm. Bu işə başlayarkən “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovla uzun bir söhbət etdik. Dövlət başçısı tərəfindən böyük məsuliyyət yüklənmiş bu işi birlikdə çiyinlərimizdə daşımağa qərar verdik. Zaur müəllimin “Gəlin başlayaq. Şərt deyil ki, mən sizin işinizi bəyənim, bəlkə heç siz mənim iş prinsipimi bəyənməyəcəksiniz” sözləri məsuliyyətimi daha da artırdı. Tam 4 il 3 ay çalışdıq. Biz bir komanda idik. Əsas məqsədimiz metromuzun imicini yüksəltmək, dünya metropolitenlərilə yarışacaq səviyyəyə gəlmək, yeni texnologiyaların tətbiqi və sair sahədə əlimizdən gələnin artığını etmək idi. Hər şey göz qabağındadır. Təbii ki, hər başlanğıcın bir sonu var. Mənim bu müddət ərzində necə fəaliyyət göstərdiyimin qiymətini siz verə bilərsiniz. Ancaq bu bir reallıqdır ki, rəhbərlik mənə şərait yaratmasaydı, ictimaiyyətlə işləməkdə bu qədər maraqlı olmasaydı, sərnişinlərə bu qədər önəm verməsəydi Bakı metrosunun ictimaiyyətlə əlaqələri bu səviyyədə olmazdı.
Başlanğıcda olduğu kimi, getmək haqqında qərarımı uzun söhbətdə müzakirə etdik. Zaur Hüseynov getmək istəyimə etiraz etsə də, qərarıma hörmətlə yanaşdı. “Bakı Metropoliteni sizə darlıq edir. Artıq siz daha böyük yerlərdə, daha böyük layihələrdə özünüzü sınamalısınız. Bizimlə böyük işlər gördünüz. Əminəm ki, bundan da böyük işlər görəcəksiniz” deyən sədr gələcək işlərimdə əlindən gələn köməkliyi göstərəcəyini bildirdib uğurlar arzuladı.
Bu müddət ərzində əlimdən gələni etməyə çalışdım. Hesab edirəm ki, üzüm ağ, alnım açıq, başım dikdir. Ola bilər, iş prosesində kiminsə istəmədən qəlbini qırmışam, hansınızınsa xətrinə dəymişəm. Bunun üçün həmin şəxslərdən üzr istəyirəm. Amma “mənim metrom”a qarşı qərəzli münasibət göstərən hər kəsin qarşısında olacağıma əmin ola bilərsiniz. Metro mənim qanıma işləyib və komanda yoldaşlarımdan heç zaman köməyimi əsirgəməyəcəm.
Gələcəkdə daha böyük layihələrdə, işlərdə görüşmək ümidi ilə!”

COP29

www.yenicag.az

6771
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv