!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəsimi rayonunda dəyirmi masa keçirildi

!Reklam – Yazi

Nəsimi rayonunda “Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlərdə işəgötürənlərin iştirakı” mövzusunda dəyirmi masa keçirildi

Nəsimi rayonunda 18 may 2017-ci il tarixdə 28 yerli və xarici müəssisə və təşkilatların nümayəndələri iştirakı ilə “Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlərdə işəgötürənlərin iştirakı” mövzusunda Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi rayon Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilmişdir.
Dəyirmi masanı giriş sozü ilə Nəsimi rayon Məşğulluq Mərkəzinin direktoru Emin Mahmudov açaraq tədbir iştirakçılarını salamlamış və Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ildönümünə həsr olunmuş iclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilən tapşırığa müvafiq olaraq məşğulluq sahəsində dövlət şirkətləri ilə birgə fəaliyyət həyata keçirilməsi nəticəsində, sosial məsuliyyətin bölgüsü çərçivəsində Dövlət Məşğulluq Xidməti orqanlarının göndərişləri əsasında işaxtaranların dövlət müəssisə və təşkilatları tərəfindən boş iş yerlərində yerləşdirilməsi barəsində məlumat vermişdir. Bir neçə dövlət müəssisələri bu tapşırığın icrasında aktiv iştirak etmiş və qısa müddət ərzində Nəsimi rayon Məşğulluq Mərkəzinin göndərişləri əsasında vətəndaşlar münasib işlə təmin edilmişlər.
Dəyirmi masada çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Anar Tağıyev bildirdi
ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın məcburi köçkünlərin
məşğulluğun səviyyəsinin artırılması istiqamətində verdiyi tapşırıqların icrası ilə bağlı Nəsimi Rayon İcra
Hakimiyyətinin təşəbbüsü ilə rayonun ən böyük müəssisələrindən biri olan “Bakı Tikiş Evi” SC-də
məcburi köçkünlərin işlə təmin olunması üçün yeni iş yerlərinin açılması istiqamətində müəyyən işlər
görülmüşdür. “Bakı Tikiş Evi” SC-də 150-ə yaxın məcburi köçkün işlə təmin olunmuşdur. Gələcəkdə də
yeni iş yerlərinin açılması istiqamətində işlər davam etdiriləcəkdir.

İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin təmin olunmasında sosial tərəfdaşların xüsusi önəm
təşkil etdiyini nəzərə alaraq Nəsimi rayon Məşğulluq Mərkəzi tərəfindən Rayon İcra Hakimiyyətinin
Əlaqəndirmə Şurasının və idarə-müəssisə, təşkilatların nümayəndələrinin iştirakı ilə mütəmadi dəyirmi
masalar keçirilir.

İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin təmin olunmasında sosial tərəfdaşların xüsusi önəm
təşkil etdiyini nəzərə alaraq Nəsimi rayon Məşğulluq Mərkəzi tərəfindən Rayon İcra Hakimiyyətinin
Əlaqəndirmə Şurasının və idarə-müəssisə, təşkilatların nümayəndələrinin iştirakı ilə mütəmadi dəyirmi
masalar keçirilir.

Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov çıxışında qeyd etdi ki, bu günkü tədbirin
keçirilməsində məqsəd əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, əmək bazarının tələbi ilə işçi
qüvvəsi ilə əlaqələrin genişləndirilməsidir. Nəsimi rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə
rəhbərlərinin və sahibkarların əhalinin səmərəli məşğulluğunun təmin edilməsində böyük rolu vardır.

Tədbirdə məşğulluq sahəsində sosial məsuliyyətin bölgüsü çərçivəsində dövlət şirkətləri ilə birgə fəaliyyətin davam etdirilməsi barədə müvafiq tapşırıqlar verilmişdir. Tapşırığın icrasını təmin etmək məqsədilə müəssisə və təşkilatlarda mövcud olan peşə və ixtisaslar üzrə boş (vakant) iş yerləri barədə məlumatların qısa müddət ərzində rayon Məşğulluq Mərkəzinə təqdim edilməsi zərurəti qeyd edilmişdir.

Yeniçağ.az

COP29

www.yenicag.az

961
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv