Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Nicat Nəcəfli GSİ-yə icraçı direktor təyin edilib

“Gənclərin Sağlam İnkişafı” İctimai Birliyinə yeni icraçı direktor təyin edilib.

Nicat Nəcəfli təşkilatda icraçı director vəzifəsini icra edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Gənclərin Sağlam İnkişafı” İctimai Birliyinin sədri Məmməd Gülməmmədov bildirib.

Təşkilata icraçı direktor təyin edilən Nicat Nəcəfli Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili alaraq daha sonra 2014-2016-cı illərdə Ukrayna Milli Texniki Neft-Qaz Universitetində təhsilini davam etdirib. Bundan əlavə, Böyük Britaniyanın Kambriya Universitetində Biznesin İdarə Edilməsi üzrə (MBA) fərqlənmə ilə magistr dərəcəsi alıb.

Peşəkar əmək fəaliyyətinə 2001-ci ildən QHT sektorunda “QHT-lərə Hüquqi Yardım Cəmiyyəti”ndən başlayıb. Nicat Nəcəfli QHT, hüquq, neft-qaz, tibbi və digər sahələrdə müxtəlif yerli və beynəlxalq təşkilatlara ardıcıl və sinxron tərcümə xidmətləri göstərib. 2006-cı ilin yanvarından Rusiya Federasiyası, Ukrayna və Qazaxıstanda özəl şirkətlərdə müxtəlif rəhbər vəzifələr yerinə yetirib. Fəaliyyəti ilə əlaqədar Avropanın müxtəlif yerlərində biznes və təlim səfərlərində olub. 2013-2017 illərdə Səudiyyə Ərəbistanında transmilli şirkətdə neft-qaz sahəsində texniki mühəndis və layihə rəhbəri vəzifələrini tutub. Texniki, iqtisadiyyat və idarəetmə sahələrində dərin texniki və nəzəri bilikləri vardır. Azərbaycan, rus, türk, ingilis, ukrayn və fransız dillərini mükəmməl bilir. Evlidir, 2 övladı var.

www.yenicag.az

1529
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM