Nigahdan əvvəl tibbi-psixoloji maariflənmə

media-hightechnic-468x90

11013423_751443611636720_987360578415381086_nADPU tələbələri üçün həkim və psixoloqların seminarı keçirildi

7 Aprel Ümumdünya Səhiyyə günü münasibətilə dünən Azərbaycan Dövlət Pedaqoji Universitetinnin akt zalında tələbələr üçün geniş tibbi-psixoloji maarifləndirmə seminarı keçirildi. Seminarı giriş sözü ilə açan ADPU-un prorektoru Rafiq Baxşəliyev belə bir seminarın tələbələrin gələcək həyatında olduqca böyük rol oynadığını bildirdi. O qeyd etdi ki, ailə millətin, cəmiyyətin təməlidir. Gənclər evlənməzdən əvvəl hardan başlamalı, qarşı tərəfi necə tanımalı, xətalardan necə yan keçməyi bilməlidirlər ki, gələcəkdə ailələrimiz sağlam təməl üzərində qurulsun. Rafiq Baxşəliyev əlavə etdi ki, tədbirin təşkilatçısı saglamxeber.com informasiya portalının baş redaktoru və Sağlamlığa dəstək və Psixoloji inkişaf Mərkəzinin sədri Ramil Nəcəfli ilə əldə edilmiş razılaşmaya müvafiq olaraq yeni dərs ilindən etibarən, yəni bu ilin sentyabr ayından tələbələr arasında sorğular əsasında, onları daha çox maraqlandıran mövzularda tibbi-psixoloji seminarlar daha aktiv və ardıcıl şəkildə həyata keçiriləcəkdir.
Daha sonra seminarın təşkilatçısı saglamxeber.com saytının və Sağlamlığa dəstək və Psixoloji İnkişaf Mərkəzinin rəhbəri, tibbi jurnalist, psixoloq Ramil Nəcəfli qısaca olaraq günümüzdə tələbələr arasında rast gəlinən cinsi-psixoloji problemlər, qarşı cinslə qarşılıqlı münasibətlərdə ünsiyyət xətalarından danışdı. O sevgi münasibətlərində stress və depressiya hallarının nəticə etibarilə onların tədrisdə motivasiyanın azalmasına ciddi təsir göstərdiyini vurğulıadı. Qeyd etdi ki, əgər gənclər evlilikdən əvvəl bir birinin psixologiyasına daha yaxından bələd olsalar şəxsi həyatları daha əziyyətsiz olar, münasibətlərdə çətinliklərdən sığortalanmış olarlar.

Ramil Nəcəfli sözu seminarın ilk çıxışçısı, psixoloq, ailə konsultantı, Xəzər Universitetinin müəllimi, Psixiatrik Dispanserin psixoloqu Təhmasib Cavadzadəyə verdi. Təhmasib Cavadzadənin “Nigahdan əvvəlki konsultasiyyalar və məsləhətlər” mövzusundakı çıxışı auditoriyanın böyük marağına və diqqətinə səbəb oldu. Psixoloq evlənməzdən əvvəl cütlüklərin bir-birini tanımaları ilə bağlı səhvlərdən, bir-birinə əslində verməli olduqları suallardan, habelə mental dəyərlər və evlənməzdən əvvəl gənclərə uğur qazandıracaq effektiv texnikalardan danışdı. Bildirdi ki, gənclərin şəxsiyyət tipləri, psixologiyası bir-birinə uyğun olmalıdır. Bunun üçün o tələbələrə bilməli olduqları bir çox səmərəli texnikaları öz slaydında tanış etdi. O həmçinin ailələrdə rast gəlinən cinsi problemlər barədə məlumat verdi. Qeyd etdi ki, bir çox mental xüsusiyyətlər üzündən insanlar ailə içi seksual problemlərini gizlədirlər, mütəxəssislərə müraciət etmirlər və nəticədə bu bir sıra hallarda hətta ailələrdə boşanmalara gətirib çıxardır.

Seminarda iştirak edən digər ekspert, ailə həkimi Ramazan Əskərli gənclərdə cinsi yetişkənlik, psixoseksual inkişaf, cinsi təlabatlar və ailə həyatında rast gəlinən cinsi-psixoloji pozuntular barədə danışdı. Cinsi ehtiyacların fizioloji bir təlabat olduğunu dilə gətirən mütəxəssis qeyd etdi ki, insanlar öz problemlərini dilə gətirməli və vaxtında həkimlərə və ailə psixoloqlarına mütəxəssislərə müraciət etməlidirlər. Çünki yaşanan problemlər təkcə ailənin deyil, ümumən cəmiyyətin probleminə çevrilir və sosial əhəmiyyət daşıyır. Ona görə də tələbələr bu kimi problemlər barədə maariflənməli, həm özləri bilgi əldə etməli, həm də öz çevrəsində olan şəxsləri məlumatlandırmalıdırlar. Ramazan həkim dərmanlardan düzgün istifadə barədə də tələbələrə məlumat verdi.
Seminara sponsorluq edən Radez Pharmaceuticals Company firmasının Marketinq direktoru Aytən Hüseynova çıxış edərək bildirdi ki, onlar gənclərin tibbi maarifləndirilməsində aktiv iştirak etməyi qarşılarına məqsəd qoyublar. Geniş ictimaiyyət, gənc nəsil evlilikdən əvvəl və sonra cinsi problemlər barədə lazımi bilik əldə etməli və müalicəsi üsullarını bilməlidirlər.

Şirkətin icraçı direktoru Elnur Xankişiyev də seminatda Erektil disfunksiya və onun müalicəsində istifadə edilən dərmanların tərkibi barədə məlumat verdi. O cinsi zəifliyin müalicəsində istifadə edilən Claves adlı yeni preparat barədə də bilgi verdi. O qeyd etdi ki, həqiqətən də əhalinin tibbi maarifləndirilməsinin yeniyetməlik və gənclik dövründə aparılması vacib rol oynayır. Məqsəd milli genefondumuzu qorumaqdır. Bu məqsədlə dövlət və özləl qurumlar, KİV-lər sıx əməkdaşlıq etməlidirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600