“Nigar xanım boyundan hündürə tullanıb”

media-hightechnic-468x90

wYEIE0nj4s8DSon zamanlar “Ali və Nino” mağazası ətrafında yaranan qalmaqala məşhurlar sosial şəbəkələrdə reaksiyalar verirlər. Tanınmış teleaparıcı Ramal Hüseynov da məsələyə biganə qalmayıb “Ali və Nino” mağazasının sahibi Nigar Köçərlini sərt tənqid edib. Tənqidi olduğu kimi dərc edirik:

“Neçə gündür mətbuatda kitab cək-çeviri var. Qan Turalı və Nigar Köçərli arasındakı mübahisəni nəzərdə tuturam. Nə imiş əfəndim, Nigar Köçərli Qan Turalının kitablarını mağazasında satdırmır. Anbardamı yer yoxdu, yoxsa onların istədikləri nəşriyyatda çap etdirmədiyi üçünmü bilmirəm, doğrusunu özləri bilir. Əslində Allah bilir deyəcəkdim, amma sonradan yadıma düşdü ki, Nigar xanımın da, Turalın da bu inancı yoxdu. Dəqiq olmayada bilər, amma mən belə xatırlayıram. Qul ilə Allah arasına girmədən, iki bəndə arasında baş verən mübahisəyə qayıdım. Bu mübahisənin əhatə dairəsi böyüdü və münasibət bildirən bəndələrin sayı çoxaldı, hərə bir söz dedi. Bir sözlə ağzı olan danışdı. Nigar Köçərlinin son müsahibəsindən sonra bəndəniz də bir iki söz yazsın istədi.

Ordan başlayım ki, mən bu sözügedən hər iki şəxsi tanıyıram. Doğrudur, Turalı daha yaxşı tanıyıram. Bəzi məqamlarda fərqli düşünsək də bəzi fikirləri ilə isə xoşuma gəlir. İstedad sahibidir. Nigari isə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib. Məndə olan məlumata görə məşhur bir idman geyimi mağazasında da işləyib. Sonradan kitab mağazası açıb. Mən də onu kitab mağazasının müdirəsi kimi tanıyırdım. Niyə tanıyırdım dedim, çünki əvvəllər kitab mağazasının müdirəsi kimi danışırdı. Sonradan populyarlaşdıqca iddiaları da çoxaldı, özünə güvəni də artdı. Özgüvən yaxşı şeydi, amma altı dolu olanda.

Müsahibəsini oxuyanda ağlıma Hüseyn Cavidin əsərindən bəzi fikirlər gəldi. Bu seçmə fikirlər atalar sözü kimi olub mənə. Deyir ki: Kəndi əxlaqi sönükkən həpsi Yeltənir verməyə əxlaq dərsi. Rəqsi təlim ediyor axsaqlar, Bir yığın kor qılavuzluq yaparaq Göstərir zülməti aydın, parlaq.

Bu eyni dram əsərin fərqli yerlərindən sevdiyim gerçəklikdir. Cəmiyyətdə sizin də gördüyünüz kimi, kimdə nə yoxdursa ən çox ondan danışır. İndi məsələyə nə dəxli var deyirsinizsə izah edim.

Elə bil bir qaynaqçını gətirib qoyursan yaradıcı adamın başının üstünə və deyirsən ki, bu adam sənə tabedir. Onda da verilən səlahiyyətlərə görə özündə güvən və çoxbilmişlik hissi yaranır. Başlayır öz peşəsi ilə yaradıcı adamın peşəsində bir bağlılıq axtarmağa. Deyir ki mən də yaradıcıyam, dəmirdən əşya düzəldirəm, heçnədən bir şey ortaya qoyuram. Sonra biraz da həddini aşaraq özünün işini daha üstün tutur və bir gün də utanmadan deyir ki: “Bəs siz neynirsiniz? Boş-boş işlərlə məşğulsunuz.” Çox təəssüf ki, bu yaradıcı sahədə bəzi insanlar öz yerində deyil. Bir misalımızda olduğu kimi, Atın yerinə eşşək, eşşəyin də yerimə at bağlanır çox vaxt.
Nigar xanım son müsahibəsində boyundan hündürə tullanıb. Yazarlar və yazıçılarla bağlı həddini aşan fikirlər səsləndirib məncə. Sosialoji sorgular keçirmədən, araşdırma aparmadan statistik rəqəmlər açıqlayır. Anlayıram riyaziyyatçısınız, hərşeyi rəqəmlərlə göstərmək istəyirsiniz, amma “Ali və Nino” hələ bütün Azərbaycan demək deyil.

Nigar xanım unudubsa, ona xatırladım. “Ali və Nino” mağazasını elə o bəyənmədiyin yazarlar pupulyar etdi. Bütün yazar dostlarım öz oxucuları ilə orada görüşürdü, kitab satırdılar,imza günləri təşkil edirdilər, aksiyalar keçirirdilər. Sizin özünüzü də dəfələrlə verilişlərimə dəvət etmişəm. Düşünürdüm ki, ziyalıların kitablarının satışını təşkil edir, biz də dəstək verək. O bəyənmədiyiniz Azərbaycanlı yazarlar və onların oxucuları olmasaydı indi “Ali və Nino” da olmazdı. Əslində bu gün o səviyyəsini bəyənmədiyiniz yazarların da çörəyini yeyirsiniz.

İstedad rəqəmlərlə ölçülmür, siz və sizin mağazanız da göstərici deyilsiniz. Hər şeyi rəqəmlərlə qiymətləndirmək həvəsinə düşdüyünüz üçün yazıçıların əqli təfəkkürünün məhsuluna, istedad və əməyinə riyazi prizmadan yanaşırsınız. İstedadlı olsaydınız başqa istedad sahiblərinə hörmət edərdiniz. Kimliyindən, keyfiyyətindən asılı omayaraq aylarını, illərini bir yazıya sərf edən insanın kitabını zibilqabına atmazdınız.

Mağazanızdakı kitab satılmamasından şikayətlənirsiniz. Kitab sahəsində al-ver geyim mağazasındakı kimi olmayacaq əlbəttə. Çünki, kitab satışı ilə məşğul olmaq paltar satışı ilə məşğul olmağa bənzəmir.

Hər bir yazarın mütləq bir oxucusu var. Necə ki, bu gün Üzeyir Hacıbəyovun dinləyici kütləsi olduğü kimi Üzeyir Mehdizadənin də dinləyicisi var. Bu hadisə ədəbiyyat üçün də keçərlidir. Hər kəs öz səviyyəsinə uyğun olanı tapıb oxuyacaq.
Müsahibəsində Azərbaycanlı yazarların kitablarının oxunmaması, Azərbaycan oxucusunun kitab sevməməsi ilə bağlı asıb-kəsib. Kitab mağazası müdirəsi kimi ya Milli Kitab Mükafatının təsisçisi kimi? Hansı statusla? Təsisçi olmaq hələ peşəkar və ya ədəbi tənqitçi demək deyil. Bu hüquqi şəxs statusu sizi Ədəbiyyat sahəsində inhisarçılıq yaratmağa, Ədəbi proseslərə və gedişata təsir etmə gücü də vermir.

Bunu indiyə qədər bütün ziyalılar deyib və bu sadəcə Azərbaycanda olan problem deyil. Əhalisinin ən çox kitab oxumasına görə tanınan okeanın o tayından bu tayına qədər olan bütün ölkələrin şikayət etdiyi problemdir. Bunun səbəbləri var. Amma ən böyük səbəb internetdir… Əvvəllər insanların sevdikləri yazıçılarla ünsiyyət vasitələri sadəcə onların yazdıqları kitablar idi. Oxucular şair və yazıçılara ən uzağı məktub yaza bilirdi. Yazıçıdan məktub alanda isə sevinclərinin həddi-hüdudu olmurdu. İndi internet bütün məsafələri və o sehri qırdı. Oxuçu kütləsi indi öz yazıçı və şairinə daha yaxındı. Sosial şəbəkələrdə izləyirlər, istədikləri zaman yazıb, istədikləri zaman görüşürlər.

Sizin dediyiniz yerli yazarlara marağın azalmasını hansı rəsmi və genişmiqyaslı sorğulara əsaslanıb deyirsiniz? Sizin mağazanız hələ təyin edici mərkəz deyil. Yeni media deyilən bir anlayış var ki, o bütün qaydaları alt-üst etdi. Yeknəsəkliyi, çərçivələri qırdı. Yeni media fərqli insanların fərqli tələblərini nəzərə alıb bu tələblərə cavab verməyə başladı. Çünki elm adamları da o çox kitab və qəzet oxunan 20-ci əsr insanları ilə 21-ci əsr insanlarının beyinlərinin fərqli çalışdığını sübut edib.

Bir əsrdən diğər əsrə keçiddə əski media öləcək, amma yerinə yeni media doğulacaqdı. Bunu qəbul etmək çətin idi, amma oldu. Qəzetlər öldü, amma jurnalistika ölmədi. Yenidən doğuldu. Bizim nəsil sadəcə bu doğuşun sancısını yaşadıq. Bu yeni formanı da o təcrübəli və ağıllı insanlar böyüdəçəkdi. Bu ölüm-qalım dönəmində ölən sadəcə forma oldu, amma məzmun yenə kraldı.

İndi ədəbiyyat da belə. Forma dəyişə bilər, amma nə ədəbiyyat, nə də yazıçı ğlməyib.
İndi Nigar xanım, deyirsiniz ki, yerli yazarlarımızın kitabları oxunmur, insanlar kitab almır, amma səbəbini bilmirsiz. Deyirsiz ki, səbəbini ədəbiyyatçılar desin. Bilmirsiniz çünki siz də bu barədə kitablar oxumursunuz, araşdırmırsınız. Hər kəsin dediyini demək də sizin məsələyə nə qədər dayaz yanaşdığınızı göstərir. Deyirsiniz ki, mağazamdan kitab alanların hamısını demək olar ki tanıyırsınız. Siz bütün Azərbaycanı tanısaydınız və bu tanışlıqdan istifadə edərək yazıçı-oxucu problem ilə bağlı ciddi elmi hesabatlar hazırlasaydınız o zaman deyərdim ki, ciddi danışır. Amma inciməyin, indiki müsahibəniz bir satici müsahibəsi kimi görünür. Əgər sizin kimi bu müsahibəyə rəqəmlə qiymət versək sıfırın altında qalırsız.”(7News.az)

Ramal Hüseynov

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600