Nigeriya ordusu müsəlmanları qətlə yetirməkdə günahlandırılır
Nigeriya ordusu ölkənin şimalında bir sıra bölgələrdə terrorizmlə mübarizə bəhanəsiylə müsəlmanları qətlə yetirməkdə günahlandırılır.
Ölkədəki müsəlman təşkilatlarından birinin lideri Xalid Aliyu ordunun müsəlmanları qırdığını və səlahiyyətli nümayəndələrin bu çağırışları eşitmədiyini bildirib.
Cemaatü Nasril islam təşkilatından verilən yazılı bəyanatda ordunun günahsız müsəlmanları qətlə yetirdiyi və ordunun fövqəladə vəziyyətdən istifadə etdiyi bəyan edilir.
Qeyd edək ki, ölkənin şimalında Adamava, Borno və Yobe əyalətlərində fövqəladə vəziyyət tətbiq olunur.
Nigeriya Milli İnsan Hüquqları Komissiyası da bazar ertəsi günü ordunu şübhəli bilinən müsəlmanları qırmaqda da günahlandırmışdı.
Nigeriya ordusu isə komissiyanın iddialarıyla bağlı hələ açıqlama verməyib(axar.az).