“Allah mənə o qədər çox pul yetirsin ki, hər qarşıma çıxan adamla salamlaşanda, ona 100 dollar da pul verim…”
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Niyam Salami efirdə deyib.
Sənətçi yaxşılıq, xeyirxah əməllər etmək istədiyini, lakin maddi durumunun ürəyi istədiklərini gerçəkləşdirməyə imkan vermədiiyni bildirib:
“Çalışıram, bacardığım qədər insanlara əl tutum. Allah mənə o qədər çox pul yetirsin ki, hər qarşıma çıxan adamla salamlaşanda, ona 100 dollar da pul verim.
Yaxşılıq etmək gözəl şeydir, amma pulu zəhərə qalsın. İki dəfə ağır avtomobil qəzası keçirmişəm. Allah ikisində də məni maşının içindən sağ-salamat çıxarıb. Bu, elə-belə şey deyil”.
Nehru
www.yenicag.az