!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Növbədənkənar prezident seçkiləri fonunda siyasi arena: "Bütün partiyalar və təşkilatlar İlham Əliyevin namizədliyini..."

!Reklam – Yazi

“Belə qərarlar xarici qüvvələrdən gələn tələb əsasında seçkilərin üzərinə kölgə salmaqdan ötrü addım kimi də qiymətləndirilə bilər”.

Bunu 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində prezidentliyə namizədlərin say çoxluğu ilə bağlı fikirlərini bölüşən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, ölkəmizdə hər bir vətəndaşın seçib-seçilmək hüququ var:

“Yəni hər bir azərbaycanlı mövcud qanunvericiliyə uyğun olaraq, fərdi qaydada, yaxud siyasi bloq olaraq prezidentliyə namizədliyini verə bilər.

Hazırda namizədlərin sayının artdığı müşahidə olunur. Bu, demokratiyanın təntənəsidir. Siyasi aktivlik, əslində, indiki dövrdə o qədər də müşahidə olunmur. Çünki bütün siyasi partiyalar və təşkilatlar prezident İlham Əliyevin namizədliyindən sonra özlərini ona alternativ olmayacaq namizədlə üz-üzə qaldıqlarını hiss edirlər.
Hazırda öz partiyasını, yaxud adını tanıtmaq üçün namizədliyini irəli sürən şəxslər var. Onlar elə başdan bilirlər ki, bu seçkilərdə qalibiyyətdən söz gedə bilməz. Çünki bu seçkilər Azərbaycanın müstəqillik dövründə tarixə düşəcək hadisədir. Buna səbəb isə Azərbaycanın erməni işğalı altında olan torpaqlarının azad olunması, ərazi bütövlüyünün təmin edilməsidir. Bir sözlə, seçkilər bütöv Azərbaycanda keçiriləcək. Xalqa bu sevinci yaşadan prezidentlə rəqib olmaq isə çətin məsələdir. Hətta Ali Baş Komandanı bu uğuruna görə müxalif partiya rəhbərlərinin də təbrik etdiyinin hər kəs şahidi olub.

Seçkiləri boykot etməklə bağlı çağırışlar isə zəifliyin əlamətidir. Uduzacağını bilib seçkiləri boykot etmək düzgün addım deyil. Əlavə olaraq, belə qərarlar xarici qüvvələrdən gələn tələb əsasında seçkilərin üzərinə kölgə salmaqdan ötrü addım kimi də qiymətləndirilə bilər. Kimin nə deməsindən asılı olmayaraq, xalq öz namizədini seçəcək”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

1684
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv