Növbəti ildən hansı xəstəlikdən əziyyət çəkənlərə dərman veriləcək?

media-hightechnic-468x90

Ölkədə birinci sırada hipertoniya xəstəliyindən əziyyət çəkənlər üstünlük təşkil edirlər. İlkin mərhələdə növbəti ildən bu xəstəliyin ambulator müalicəsi üçün xəstələrə dərmanların verilməsi nəzərdə tutulur.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Tibbi iddialar departamentinin rəhbəri Nərgiz Ağayeva məlumat verib.

O bildirib ki, təkliflər artıq Nazirlər Kabinetinə göndərilib:
“Təkliflərdə ilk siyahıda yüksək təzyiq xəstəliyindən əziyyət çəkənlər nəzərdə tutulub. Ambulator müalicə zamanı hipertoniya xəstəliyi ilə bağlı dərman preparatların verilməsi nəzərdə tutulub. Növbəti mərhələdə mədə-bağırsaq, epilepsiya, tənəffüs yolu xəstəlikləri və s. üzrə statistik nəticələrə uyğun olaraq dərman preparatlarının verilməsinə baxılacaq”./oxu.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05