Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.
Yenicag.az xəbər verir ki, “Report”un Qarabağ bürosunun Xocavəndə ezam olunan əməkdaşı bildirir ki, bu mərhələdə şəhərə 46 ailə olmaqla, 177 nəfər qayıdıb.
Ailələri Azərbaycan Prezidentinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.













