Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Nurməhəmmədov: "Qadınlara əla məsləhətim var" - VİDEO

Reklam: Sinerji Pro

Qarışıq döyüş növləri (MMA) üzrə rusiyalı döyüşçü Həbib Nurməhəmmədov qadın döyüşçülərə məsləhət verib.

İdmançının azarkeşlərlə görüşünün olduğu video “REDFURYMMA” “YouTube” kanalında paylaşılıb.

“Qadınlar üçün əla məsləhətim var – öz evinizdə döyüşçü olun. Və bir məsləhət daha – həmişə ərinizi döyün. Onu möhkəm döyün”, – deyə H.Nurməhəmmədov bildirib.

Hal-hazırda qadın döyüşçülər üçün ən yaxşı şərait Mütləq Döyüş Çempionatında (UFC) yaradılıb və bu turnirin hazırkı çempionu H.Nurməhəmmədovdur. Burada 99 qadın idmançı dörd çəki növü üzrə mübarizə aparır.

Rusiyada yüksək səviyyədə qadın döyüşləri keçirilmir. Aparıcı yerli yarışlarda (Fight Nights, M-1 və bu yaxınlarda World Fighting Championship Akhmatla (WFCA) birləşən Absolute Championship Berkut-da (ACB)) qadın divizionları mövcud deyil./Oxu.az/

www.yenicag.az

2048
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS