21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin iyunun 9-dək Avstriyanın Zaltsburq şəhərində keçiriləcək təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.
Yenicag.az xəbər verir ki, baş məşqçi Yaşar Vahabzadə 19 futbolçuya dəvət göndərib ki, bunların arasında yeni ada da rast gəlmək mümkündür.
Söhbət Onur Albayrakdan gedir. Əvvəl Danimarkanın 17 yaşadək futbolçulardan ibarət yığmasında çıxış edən hücumçu, meydana çıxdığı 4 oyunda 1 qolla yadda qalıb. O, ardınca sözügedən ölkənin U-18 millisində də çıxış edib.
Qeyd edək ki, Onur Albayrak Danimarka Super Liqasına vəsiqə qazanan “Hobro” klubunun üzvüdür.
www.yenicag.az