Milli dəyərlərə hər zaman önəm verən “OBA” marketlər şəbəkəsi 28 May-Respublika Günü münasibətilə maraqlı layihə həyata keçirib.
Yenicag.az xəbər verir ki, 28 May-Respublika Günü münasibətilə həyata keçirilən bu layihədə əsas məqsəd insanları əyləndirərək maarifləndirmək olub.
Belə ki, layihə çərçivəsində müştərilər “OBA” marketlərin ön tərəfində yerləşdirilən posterlərdə qeyd olunan QR kodu oxudaraq həmçinin sosial şəbəkələrdə paylaşılan keçidlərə daxil olaraq müsabiqəyə qoşulublar. Növbəti addımda isə açılan səhifədə 28 May-Respublika Günü haqqında yer alan xüsusi sualları cavablandırıblar.
Qeyd edək ki, sözügedən layihə 900-dən çox marketi olan “OBA Market” MMC-nin bütün filiallarında həyata keçirilib və insanlar arasında böyük marağa səbəb olub. Layihədə 8117 nəfər iştirak edib, onlardan 1003 nəfər düzgün cavab verib. Layihə şərtlərinə əsasən suallara ən tez və doğru cavablanlandıran ilk 50 nəfər xüsusi əl işi Azərbaycan bayrağı ilə mükafatlandırılıb.
Bildirmək istəyirik ki, xüsusi günləri daima diqqət mərkəzində saxlayan “OBA” marketlər şəbəkəsi bu cür layihələri ilə müştərilərini sevindirməyə davam edəcəkdir.
www.yenicag.az