Abşeron rayonunda 9-cu sinif şagirdi ehtiyatsızlıqdan özünü yandırıb.
Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ceyranbatan qəsəbəsində baş verib.
Belə ki, həmin qəsəbənin sakini, Laçın rayonundan olan məcburi köçkün, 2002-ci il təvəllüdlü Fərhad Qaçay oğlu Məhərrəmov, martın 6-da Od çərşənbəsi münasibəti ilə tonqal qalayarkən benzindən istifadə edib. Ehtiyatsızlıqdan alov onun üzünü yandırıb. Ağır yanıq xəsarətləri alan məktəbli dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan “Report”a bildirilib ki, F.Məhərrəmov 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri alıb. Vəziyyəti orta-ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az