Oğurluq etmək üçün girdiyi evdə kitab oxuyarkən tutuldu

media-hightechnic-468x90

İtaliyanın paytaxtı Romada bir evə girən oğru diqqətini çəkən mifologiya kitabı oxuyarkən yaxalanıb.

Yenicag.az xəbər verir ki, hadisə Romanın Della Vittoriya rayonunda baş verib.

İtaliya mətbuatında çıxan xəbərlərə görə, oğru kitabı ev sahibinin çarpayısının yanında görüb və onu oxumaq üçün əyləşib.

Qəribə səslər eşidən 71 yaşlı ev sahibi oğrunu görüb. Eyvandan qaçmağa çalışan oğru hadisə yerinə gələn polis tərəfindən yaxalanıb.

Yerli media oğrunun oxuduğu kitabın Covanni Nuççinin Homerin “İliada”sı əsasında yazdığı mifologiya kitabı olduğunu yazıb./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600