!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Okeanın dibində yeni kəşflər: 19 min yeni dağ...

!Reklam – Yazi

19 min yeni “dəniz zirvəsi” aşkar edilib.

Yenicag.az xəbər verir ki, bunları Skripps Okeanoqrafiya İnstitutunun və Çunqnam Milli Universitetinin alimləri peyk məlumatlarından istifadə edərək kəşf ediblər.

Bu, elm üçün inanılmaz dərəcədə mühüm kəşfdir, çünki indiyədək dəniz dibinin yalnız 25 faizi xəritələnib.

Radar peyklərinin istifadəsi nəticəsində alimlər okeanların səthinin hündürlüyünü ölçə və dəniz dağlarını aşkar edə biliblər. Məlumatda qeyd edilib ki, bundan əlavə, yeni xəritələr çöküntü nöqtələrini dəqiq müəyyənləşdirməyə kömək edəcək, çünki dəniz dağlarında böyük miqdarda nadir minerallar ola bilər.

Su altındakı dağlar okean axınına güclü təsir göstərir. Su axını dağlarla toqquşduqda su qatları yuxarıya doğru itələnir və özləri ilə daha soyuq su aparır. Bu, qlobal iqlim dəyişikliyi şəraitində xüsusi əhəmiyyət kəsb edə bilər, çünki okeanlar atmosferdən daha çox istilik və karbon qazını udur.

Bundan əlavə, bəzi su altında dağlar olan ərazini  ətrafında dəniz həyatı üçün uyğun yaşayış yerləri var. Beləliklə, yeni məlumatlar alimlərə okeanlarda baş verən bioloji və ekoloji prosesləri daha yaxşı anlamağa kömək edəcək.

“Dəniz dağları” sualtı qayıqlar üçün isə təhlükə yarada bilər və ABŞ sualtı qayıqlarının “dəniz dağları” ilə toqquşması ilə bağlı ən azı iki insident artıq bildirilib. Ona görə də yeni məlumatlar sayəsində sualtı qayıqların bu təhlükələrdən yayınması asanlaşacaq.

Beləliklə, 19 min yeni dəniz dağının kəşfi dəniz dibi və onun planetimizə təsirinin öyrənilməsində əsl sıçrayış olub. Alimlərin əldə etdikləri yeni məlumatlar nəinki dünya okeanlarının xəritəsini daha dəqiq tərtib etməyə, həm də nadir faydalı qazıntıların çıxarılması üçün daha səmərəli yerləri müəyyən etməyə kömək edəcək.

COP29

www.yenicag.az

455
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv