Tanınmış yazarın deputatdan ilginc isteyi…

media-hightechnic-468x90

mirmehh8Millət vəkili Hadi Rəcəblinin dünən verdiyi “qalmaqallı” müsahibəsi ətrafında söz-söhbətlər bitib-tükənmək bilmir.

Sosial şəbəkələrdə “müəllim 150-200 manata dolana bilmirsə işdən sonra fəhləlik etsin” cümləsi hər kəs tərəfindən müzakirə edilir.

Və əlbəttə ki, hər kəs fərqli aspektdən yanaşır. Bu cür maraqlı yanaşmalardan biri də gənc yazar Mirmehdi Ağaoğluna məxsusdur.

Gənc yazarın məsələ ilə bağlı statusunu oxucularına təqdim edirik:

Hadi müəllim, mənim atam daşyonandır. İnsafən pis sənətkar da deyil. 4 ay bundan qabaq Hikmət Tarquliyev adlı bir iş adamı onu Naxçıvana dəvət edib, atam orada onun evində işləyib. Həmin adam Atv-nin keçmiş vitse-prezidenti, Hədəf kurslarının həmtəsisçisi və Medika Hospitalın sahibidir. Kişinin 500 manat alacağını müxtəlif bəhanə ilə (Naxçıvanda qalmaq pulu, yemək xərci) 340 manata endirib. İndi heç onu da vermir. Özü də deyib get lap prezidentə şikayət et.

İndi şikayət çıxmasın, olarmı bir məktəbdə atama müəllimlik işi təşkil edəsiz, kişi günortaya kimi gedib orda dərs desin. Allah tərəfi, Füzulini zadı yaxşı bilir(pia.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600