Prezidentliyə namizədlərin dəyirmi masadakı çıxışı zamanı Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev Əli Kərimli və Cəmil Həsənlini hədəf alıb.
Yenicag.az xəbər verir ki, Hafiz Hacıyev bildirib ki, demokratiyanı bəziləri anarxiya kimi qəbul edirlər:
“Bizə demokratiya dərsi deyən insanlar elə fon yaradırlar ki, namizədlər arasında guya müxalifətçi yoxdur. Müxalifətdən seçkilərdə mən iştirak edirəm və hökümətin bəzi üzvlərinə qarşı fikirlər səsləndirirəm. Bu gün meydanda böyüyüb, meydanda öləcək adamlar bizə dərs keçmək istəyirlər. Özünü idarə edə bilməyən cəbhəçilərin keçmiş bir sədri var idi, bizə deyir ki, orada yararsız adamlar oturublar. Yararsız adam sənin özünsən. Ona görə ki, sənin adını çəkməyə utanıram, çünki sən azlıqların nümayəndəsisən”.
Qeyd edək ki, Hafiz Hacıyev çıxışı zamanı Cəmil Həsənlini “xoruz baba” adlandırıb.