Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Qarabağ FC

Olimpiya medalçılarına 30 saniyəlik maskanı çıxarmağa icazə verildi

Reklam: High Technic

Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edən idmançılar mükafatlandırma mərasimində maskalarını müvəqqəti olaraq çıxarmaq imkanı əldə edəcəklər.

Yenicag.az-ın “TASS”a istinadən verdiyi məlumata görə, müvafiq protokolu Beynəlxalq Olimpiya Komitəsi təsdiq edib.

Sənədə əsasən, idmançılar himnlər səsləndirildikdən sonra 30 saniyəlik maskalarını çıxara bilərlər. Lakin hər idmançı mükafatlandırma mərasimində podiumda öz yerində durmalıdır. Medallarla şəkil çəkdirildikdən sonra onlar yenidən maskalarını geyinməlidirlər.

Beynəlxalq Olimpiya Komitəsi həmçinin gümüş və bürün medalçılara podiumun ən yüksək pilləsində birgə şəkil çəkdirməyə icazə verib. Lakin bu halda bütün idmançılar maskada olmalıdır.

www.yenicag.az

319
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100