!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Olimpiya Stadionu "Qarabağ"ın oyunlarını qəbul etməyə hazırdır  

!Reklam – Yazi

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” yer aldığı C qrupunda “Çelsi”, “Roma” və “Atletiko” kimi nəhəng klublarla qarşılaşacaq.

Ev oyunlarına azarkeş marağının çox olacağını nəzərə alsaq, bilet uğrunda “qırğın” düşəcəyini də indidən təxmin etmək çətin deyil.

Bəs görəsən, “Qarabağ” rəhbərliyi bunu nəzərə alıb, matçların “Tofiq Bəhramov”da yox, Bakı Olimpiya Stadionunda keçirilməsi üçün UEFA-ya müraciət edəcəkmi?

Nəzərə alaq ki, ev oyunlarının BOS-da keçirilməsi həm də klubun bilet satışından daha çox gəlir əldə etməsi deməkdir. 68 min azarkeş tutumuna malik olan ölkənin ən böyük arenası da mötəbər turnirin oyunlarını qəbul etməyə hazırdı. Bu barədə Yenicag.az-a BOS-dan məlumat verilib. Lakin oyunların Olimpiya Stadionunda keçirilməsi üçün ilk təşəbbüsü “Qarabağ” rəhbərliyi göstərməlidir.

Qeyd edək ki, “Qarabağ” avrokuboklar üçün əsas arena kimi Tofiq Bəhramov adına Respublika stadionunu göstərib. Mərkəzi arenanın azarkeş tutumu isə 31 mindir.

Maraq üçün onu da qeyd edək ki, Bakı Olimpiya Stadionu Çempionlar Liqasının 2018-2019 mövsümündə final matçını keçirtməyə namizəddir.

Yenicag.az

www.yenicag.az

1503
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv