Ölkə.az 5 yaşını qeyd edir

media-hightechnic-468x90

Bu gün “Ölkə.Az” portalı beş yaşını qeyd edir.

Xəbər portalı 2014-cü il 15 iyul tarixində fəaliyyətə başlayıb və qısa müddətdə geniş oxucu auditoriyası toplayıb. 24 saat fəaliyyət göstərən saytda Azərbaycan dilində gündəlik 100-ə yaxın məqalə dərc edilir.

Məqalələr bütün sahələri əhatə edir. “Ölkə.Az” portalı bütün yaş qruplarına müraciət edir. Portalda sosial, siyasi, analitik məqalələrlə yanaşı, mədəniyyət və şou-biznes aləmindəki yeniliklər, dünya xəbərləri, sağlamlıq, kosmos və astronomiya dünyasına aid yeni nəaliyyətlər, Azərbaycan və dünya tarixinin gizlin sirləri, ölkədə baş verən son yeniliklərə aid xəbərlər geniş auditoriyaya təqdim edilir.

“Yeni Çağ” Media Qrupu “Ölkə.Az”-ı təbrik edir, yeni uğurlar arzulayır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600