Ölkə bankları haqqında araşdırma-SİYAHI
Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi (MTM) 2014-cü ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb.
Qeyd edək ki, MTM ölkədə fəaliyyət göstərən bütün qəzet, jurnal, sayt və televiziyalar üzrə sistemli monitorinq işini həyata keçirir, yüzlərlə saytı, qəzet və jurnalları, ölkə ərazisində yayımlanan TV-lərin monitorinqini reallaşdırır. Bu monitorinqin əsasında isə, həmçinin, bütün sektorların analizini aparır. Bu sektorlardan biri də bank sektorudur.
Şirkət banklarla bağlı analitik məlumatı təqdim edir.
2014-cü ilin dekabr ayında elektron mətbuatda – sayt və portallarda banklarla əlaqəli 4767 xəbər yerləşdirilib. Yazılı mətbuatda – qəzet və jurnallarda isə bu sektorla bağlı 332 xəbər dərc edilib. O cümlədən, televiziya kanallarında banklarla bağlı 33 xəbər efirə gedib. Beləliklə, ümumilikdə dekabr ayı ərzində banklar 5132 xəbərlə ölkə mediasının gündəmində haqqında ən çox xəbər yayılan sahələrdən biri olub.
Banklar arasında isə bu sahədə liderlik Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsus olub. Bu bank haqqında qəzet və jurnallarda 71, tv-lərdə 1, elektron mediada 694 xəbər gedib.
Aşağıdakı cədvəllərdə isə ayrı-ayrı bankların hər 3 media sahəsi (yazılı KİV, elektron media və tv-lər) üzrə xəbər sayı göstəriciləri verilib:
Dekabr ayında qəzet və jurnallarda banklar haqqında 332 məlumat dərc edilib (xəbər sayına görə sıralama):
Azərbaycan Beynəlxalq Bankı 71 xəbər
VTB Bank 43 xəbər
Kapital bank 21 xəbər
Muğanbank 14 xəbər
Paşa Bank 13 xəbər
Saytlarda dekabr ayında banklar haqqında 4767 xəbər yer alıb (xəbər sayına görə sıralama):
Azərbaycan Beynəlxalq Bankı 694 xəbər
UniBank 612 xəbər
Bank of Baku 335 xəbər
VTB Bank 312 xəbər
Kapital Bank 233 xəbər
Dekabr ayında televiziyalarda banklar haqqında 33 xəbər verilib (xəbər sayına görə sıralama):
Paşa Bank 7 xəbər
UniBank 5 xəbər
Azərbaycan Kredit Bankı 3 xəbər
Pakistan Milli Bankı (Bakı Filialı) 2 xəbər
Kövsər Bank 2 xəbər
Media Təqib Mərkəzi ölkədə fəaliyyət göstərən qurumlar haqqında mütəmadi olaraq bu cür analitik məlumatları paylaşmağı planlaşdırır.