Azərbaycanda bir ildə qeydə alınan abortların sayı açıqlanıb.
Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunub.
Məlumata görə, 2020-ci ildə ölkədə 34719 abort qeydə alınıb. Onların da 777-si və ya 2,2 faizi – ilk dəfə hamilə olmuş qadınlar tərəfindən həyata keçirilib.
2020-ci ildə hər 1000 fertil yaşda olan qadına 13,3 abort düşüb.
Rəsmi məlumatda yaş qrupları üzrә abortların sayına da aydınlıq gətirilib.
Belə ki, ötən il 15-17 yaşında olan qadınlar 29 dəfə abort üçün müraciət edib.
18-19 yaşlı qadınlar arasında aborta getmək 1270 dəfə olub.
20-24 yaşlı qadınlar arasında 7552, 25-29 yaşlı qadınlar arasında 10993, 30-34 yaşlı qadınlar arasında 9445, 35 yaşdan yuxarı olanlar arasında isə 5430 abort qeydə alınıb.
www.yenicag.az