Medvedevdən Qrenlandiya ÇIXIŞI: "Tramp tələssin, yoxsa Rusiyaya birləşdirəcəyik"

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı ələ keçirməkdə tələsik davranmalıdır, yoxsa ada Rusiyaya qoşulmaq üçün referendum keçirməyə qərar verə bilər.

Yenicag.az xəbər verir ki, belə istehzalı məsləhəti ABŞ liderinə RusiyaF Təhlükəsizlik Şurası sədr müavini Dmitri Medvedev verib.

“Tramp tələsərək hərəkət etməlidir. Qeyri-dəqiq məlumata görə, bir neçə gün ərzində qəfil referendum keçirilə bilər və bütün 55 minlik Qrenlandiya əhalisi Rusiyaya qoşulmağa səs verə bilər. Və onda hər şey bitəcək! ABŞ bayrağında yeni ulduz olmayacaq. Rusiyanın isə yeni, artıq 90-cı federasiya subyekti yaranacaq”, – Medvedev yazıb.

Onun fikrincə, Qrenlandiyanın ələ keçirilməsi halında Tramp üçün yeni bir vəzifə də ortaya çıxardı – Qrenlandiyanın icraçı prezidenti. Bu, ABŞ liderinin yaxınlarda “Truth Social” sosial şəbəkəsində özünü “Venesuelanın icraçı prezidenti” adlandırmasına bənzər analogiya olardı.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa