Ölkədəki dollar oyununun arxasında Mərkəzi Bank dayanır – Fakt

media-hightechnic-468x90

11004428_10205037009197662_150679441_nMərkəzi Bankı sədri Elman Rüstəmovun məlum açıqlamasında sonra ölkədə ciddi şəkildə manat və dollarla bağlı ajiotaj yaranıb. Belə ki, rəsmi olaraq, dolların qiyməti qalxmasa da, bazarda qiymətlər 79.50 və 80 qəpik arasıdır. Valyuta dəyişmə məntəqələrindən bildirirlər ki, buna əsas səbəb Mərkəzi Bankdan dolların az verilməsidir. Yəni, Mərkəzi Bank faktiki olaraq dollar qıtlığı yaradıb və işbazlara fürsət verib.

İqtisadçı ekspert Rəşad Həsənov da yenicag.az-a açıqlamasında qeyd etdi ki, “Bu gün bazarlarda dollar qıtlığı yaşanmaqdadır. Mərkəzi Bankın sədri əhalini təşvişə salacaq açıqlamalar verib. Məsələ orasındadır ki, Mərkəzi Bankın sədri və ümumiyyətlə kollektivi bu tipli açıqlamalardan çəkinməli idi. Çünki belə olan halda manat devolvasiya olur. Bu günə qədər hakimiyyətin bütün qolları deyirdi ki, manat sabitliyini qorumacaq. Lakin birdən birə ölkənin baş bankiri tərəfindən bu məsələnin etiraf edilməsi və eyni zamanda Azərbaycanda manatın valyuta tənzimlənməsi sistemində səbət üsulunun tətbiq edilməsi, öz məzənnəsini itirməkdə olan avronun daxil edilməsi onu göstərirdi ki devolvasiya qaçılmazdır. Təbii ki, bunun iqtisadi-fundemantal səbəbləri çoxdan formalaşmağa başlamışdı.

Lakin Mərkəzi Bankın bu səpikli açıqlamaları insanlar arasında ciddi panika yaratdı. Bank bir gün içində əllərində olan manatı bazarlara çıxardılar. Belə olan halda dollar qıtlığı yaşanmağa başladı. Mərkəzi Bankın da hazırda devolvasiyaya getməyə məqsədi ondan ibarətdir ki, öz rezervlərini qoruyub saxlasın. Bankın gün ərzində xərcləri 38.5 milyon dollar qədər qalxmışdı. Belə olan halda 11 aydan sonra Mərkəzi Bankın ehtiyatı qalmayacaqdı. Mərkəzi Bank ehtiyatların qorunması haqda qərar qəbul edirsə, bu o deməkdir ki, bazarlardan valyutanı bir qədər kəsəcəkdi. Ona görə də hazırda dollar qıtlığı yaşanır. Lakin düşünürəm ki, bir neçə gündən sonra qaydasına düşəcək”.

Kamran

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600