!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkəmizdə rus dilində təhsil almaq imkanları genişləndirilir

!Reklam – Yazi

Azərbaycanda tədrisin rus dilində aparıldığı 338 məktəb fəaliyyət göstərir ki, bu məktəblərdə 130 mindən çox şagird təhsil alır. Bununla yanaşı, üç mindən çox məktəbdə rus dili xarici dil kimi tədris olunur.

Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, bu barədə Moskvada keçirilən X Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində “Humanitar sahədə əməkdaşlıq” mövzusunda təşkil olunan dəyirmi masada Azərbaycan tərəfindən moderator qismində çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib.

Rusiya Federasiyası ilə təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə danışan F.Qurbanov Azərbaycanda rus dilinə göstərilən qayğını xüsusi vurğulayaraq, bu dilin tədrisinin qorunub saxlanması və inkişafı, o cümlədən rus dilində təhsil almaq imkanlarının genişləndirilməsi üçün ölkəmizdə Təhsil Nazirliyi tərəfindən müvafiq işlərin görüldüyünü qeyd edib.

Məktəblilər arasında rus dilinə olan marağın artdığını vurğulayan nazir müavini 2008-ci ildən etibarən Təhsil Nazirliyinin dəstəyi ilə hər il ənənəvi olaraq keçirilən rus dili və ədəbiyyatı üzrə respublika olimpiadası barədə məlumat verib.

Rus dilinin tədris dili kimi ali təhsil müəssisələrində də geniş istifadə olunduğunu qeyd edən F.Qurbanov iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafı, Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının fəaliyyəti haqqında məlumat verib.

Sözügedən “dəyirmi masa”da Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, AMEA-nın vitse-prezidenti İbrahim Quliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev, Gəncə Dövlət Universitetinin elm və texnika üzrə prorektoru Pərvin Kərimzadə, Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müşaviri Çingiz Əliyev və Azərbaycan Dillər Universitetinin Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri Məmməd Əliyev çıxış ediblər.

Tədbirdə, həmçinin Azərbaycanın digər ali təhsil müəssisələrinin nümayəndələri də iştirak ediblər.

COP29

www.yenicag.az

833
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv