!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölüm-qalım məsələsi və Tramp üçün TRAMPlin - Bay-bay, Bayden, vay-vay, Bayden!..

!Reklam – Yazi

Amerika prezidentliyi uğrunda mübarizədə silahlar işə düşüb. 108 il sonra Respublikaçıların namizədi və sabiq prezident Donald Tramp Teodor Ruzveltin taleyini yaşayıb. Pensilvaniya ştatında seçiciləri ilə görüş keçirən Tramp silahlı hücuma məruz qalıb.

Tarixə nəzər salsaq aydın görərik ki, ABŞ-da dörd prezident vəzifə başında güllələnib. Con Kennedi, Avram Linkoln, Ceyms Qarfild və Uilyam MakKini prezident kürsüsündə qətlə yetiriliblər.

Reyqan, Ruzvelt, Cekson, Ford və oğul Buş silahlı terror hücumuna məruz qalsalar da, sadə təsadüf nəticəsində ölümün pəncəsindən xilas ola biliblər.

Ən maraqlı məqam isə terror cəhdinə məruz qalan prezident və namizədlərin çoxunun Respublikaçları təmsil etməsi ilə bağlıdır. Bu Demokratlatın məğlub olacaqlarını dəqiq bildiyi halda silaha sığınmasının bariz nümunəsidir. C.Baydenin 4 il ərzində uğursuz fəaliyyəti, D.Trampın isə reytinqlərdə üstünlük əldə etməsi seçkilərdə ikincinin qalib gələcəyinə şübhə yeri qoymur.

Heç şübhəsiz bu siyasi terror aktıdır və Amerikanın təhlükəsiz bir ölkə olduğuna dair bütün təsəvvürləri darmadağın edir. Eləcə də “demokratiyanın beşiyi” təbliğatını puç və faş edir.

Əgər bu ölkədə nüfuzlu dövlət xadimi, prezidentliyə də ən real namizəd belə terror cəhdinə məruz qalır və onunda şəxsi təhlükəsizliyinə zəmanət mövcud deyilsə, ABŞ-ın şəxsi təhlükəsizlik və “demokratiya dəyərləri” barəsində danışmaq mənasızdır.

Məlumdur ki, Demokratlar Trampa qarşı məhkəmə iddiaları qaldırıb, onun həbsinə nail olmaq, bu yolla seçki prosesindən uzaqlaşdırmaq istəsələr də, bu cəhdlər nəticəsiz qaldı. Onlar nəinki D.Trampı seçki yarışından uzaqlaşdıra bildilər, əksinə, onun nüfuzu hər ötən gün daha da artdı. Siyasi rəqibini amansız üsullarla, canına qəsd etməklə sıradan çıxarmağa çalışmaq ABŞ-ın itirdiyi mövqeyini yerlə bir etdi.

Tarixi təcrübəyə istinad etsək, okeanın o tayında bu cür cinayətlərin izlərinin itirildiyini görərik. D.Tramp da bu siyahıda istisna olmaya bilər. Yəqin ki, terror cəhdinin icraçıları üzə çıxmayacaq. Çıxsa da, onlar real sifarişçilərin adlarını açıqlamayacaqlar. Ağ Ev və ABŞ-ın hüquq-mühafizə orqanları Trampa qarşı siyasi terror hücumunu törədən cinayətkarların da aşkara çıxarılmasına və həbsinə nail olmalıdırlar.

Bir neçə ay sonra prezident seçkisi yaxınlaşdıqca ABŞ-da gərginlik pik həddə çata bilər. Azərbaycan vətəndaşları Amerikaya səfərləri zamanı bu amili nəzərə almalı və ehtiyatı əldən verməməlidirlər.

Müəllif: Azər Niftiyev

www.yenicag.az

265
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv