Ölüm riski olmayan xəstəni öldürən KLİNİKA: Sığorta alveri edilir? - ŞİKAYƏT / FOTO
Yazıçı Türkan Nağıyeva babasının ölümünə görə həkimləri günahlandırır.
Yenicag.az xəbər verir ki, yazıçı Türkan Nağıyeva babasını müalicə üçün “Zabrat 1 Diaqnostika Mərkəzi”nə aparıb.
Tibbi Sığortaya müraciət edən xəstə yaxını müsbət cavab alıb.
Xəstəxana xəstəni qəbul edərkən ölüm riski 3% olaraq dəyərləndirilib. Hospital əməkdaşları məsuliyyəti öz üzərindən ataraq vəziyyətin kritik olduğunu israrla xəstə yaxınlarına bildiriblər. Yenicag.az-a şikayət edən yazıçı hospitalda baş verən özbaşınalıqları belə ifadə edib:
“Mən babamı həkimə aparanda kardioloq bizə vəziyyətin kritik olduğunu dedi və təcili analizə göndərdi. Sığorta üçün analizlər verməli və göndəriş almalı idik. TƏBİB-dən bizə göndəriş bildirişi gələndə link vasitəsilə klinikanı özümüz seçməli idik. Amma həkimin köməkçisi bizim üçün klinika seçildiyini dedi, bir növ psixoloji basqı edib, başqa hospitalın seçilməsinə nail oldular. Qəribədi ki, həmin hospitala gedəndə isə bildik ki, bizim həkim heç adı sənəddə olan həkim deyil başqasıymış. Babam öldükdən sonra bizi o xəstəxanaya yönəldən həkim hospitala yönləndirməyə çalışdığı yazışmaları “WhatsApp”dan silməyə çalışdı və babamın ölümündə günahkar olanlar məsuliyyəti öz boynundan atdılar”.
Məsələ ilə bağlı yazıçı TƏBİB-ə müraciət ünvanlasa da, geri dönüş olmayıb













