12 noyabr 1933-cü ildə İraqda anadan olan bu ölkənin sabiq prezidenti Cəlal Tələbani bu gün 84 yaşında vəfat edib.
Yenicag.az xəbər verir ki, ilk olaraq Koyada təhsil alan Tələbani, daha sonra Ərbil və Kərkükə üz tutub.
O, 13 yaşında ikən kürd tələbələrin yaratdığı gizli təşkilata üzv olub. Daha sonra isə Kürdüstan Demokratik Partiyasının tələbə təşkilatına daxil olub. 18 yaşında isə partiyanın mərkəzi komitəsinə seçilib. Həmin dönəm Tələbani siyasi sahədə aktiv olduğu üçün hüquq təhsilini davam etdirə bilməyib.
Tələbani ilə KDP lideri Bərzani uzun müddət bir-biri ilə mübarizə aparıblar. Nəticədə o, 1975-ci ildə Kürdüstanın Yurdsevərlər Birliyini yaradıb. Bundan bir il sonra isə mərkəzi hökümətə qarşı silahlı kampaniyaya start verib. 1988-ci ildə İraq höküməti kürdlərə qarşı kimyəvi silahlardan istifadə etdiyi üçün KYB ağır zərbə alıb. Nəticədə Tələbani Şimali İraqı tərk edərək İrana sığınıb.
O, Turqut Özalın rəhbərliyi zamanı Türkiyə pasportuna da sahib olub.
Səddam Hüseynin devrilməsindən sonra siyasi karyerasında yenı səhifə açan Təlabani, Şimali İraqda keçirilən seçkilər zamanı KYB – KDP ortaq idarəetməsinə nail olub.
İki partiya arasındakı gərginlik 1994-cü ildə silahlı qarşıdurmaya və vətəndaş müharibəsinə səbəb oldu. Lakin, ABŞ və İngiltərənin məsələyə müdaxilə etməsindən sonra Tələbani və Bərzani arasında 1988-ci ildə Vaşinqtonda sülh müqaviləsi imzalanıb.
ABŞ-ın nəzarətində güclənən İraq işğala başladığı 2003-cü ilin martından öncə iki partiya arasındakı anlaşılmazlığı aradan qaldıraraq Tələbani-Bərzani liderliyini yaratmağa nail olub. Hər iki şəxs daha sonra İraq İdarəetmə Konseyinə qoşulub.
Cəlal Tələbani daha sonra İraq prezidenti seçilib. İki dəfə ölkə başçısı seçilən Tələbani, 2012-ci ildə paytaxt Bağdadda beyin qanaması keçirib. Almaniyadakı 579 günlük müalicədən sonra Süleymaniyəyə dönüb.
Hero Tələbani Şimali İraqda kürdlərin “First lady”si kimi tanınır. O, Tələbaninin partiyası KYB-də əsas söz sahiblərindəndir. Bütöv adı Heri İbrahim Ahmed olan xanımın Tələbani ilə evliliyindən Pavel və Kubad adlı oğulları var.
Kubat Tələbaninin lider olduğu dönəmdə siyasətlə maraqlanıb. Yəhudi əsilli Şerri Krahamla evli olan Tələbani, KYB-nin başına keçməyə ən real namizəddir. 1977-ci il təvəllüdlü Kubat, Kürdüstan Bölgəsəl Hökümətin başqan yardımçısıdır.
Cəlal Tələbaninin böyük oğlu Pavel Tələbani isə Kürdüstan Yurdsevərlər Birliyinin üzvüdür. O, KYB-də terrorla mübarizənin sorumlusudur.
www.yenicag.az