Ölümdən son anda qurtulan səfir danışdı

media-hightechnic-468x90

f094d03544880f897b210daab94ae403“Həmin helikopterdə uçmaqdan son anda imtina etdim”

Pakistanda qəzaya uğrayan, içərisində səfirlərin olduğu helikopterdə uçmaqdan Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov son anda imtina edib.

Səfir açıqlamasında deyib ki, Pakistan baş nazirinin xanımı tərəfindən bu gün Talassemiya Mərkəzində keçiriləcək tədbirə dəvət edildiyi üçün xarici ölkələrin səfirləri ilə birlikdə Gilgit-Baltistana uçmaqdan imtina edib: “Helikopter nasaz olub. Eniş etmək istəyərkən texniki problem yaranıb və məktəblərdən birinin üstünə düşüb. Mənim adım uçanlar siyahısında olub. Xəstəxanalara gətirilən yaralılar arasında olmadığım üçün mənim öldüyümə qərar veriblər və bu gün Pakistanda bir sıra media orqanı məni də hadisədə ölmüş kimi qələmə verib. Sonradan mən onlara zəng edib məsələyə aydınlıq gətirdim”.

Səfir bildirib ki hadisə zamanı Norveç və Filippinin Pakistandakı səfirləri, Malayziya və İndoneziya səfirlərinin isə xanımları ölüb, bir neçə nəfər yaralanıb(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600