Ombudsman ermənilərin silahlı hücumu nəticəsində dağıdılmış evlərə baş çəkib

media-hightechnic-468x90

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iyulun 14-də cəbhə bölgəsindəki mülki yaşayış məntəqələrinin monitorinqi zamanı Tovuzun Dondar Quşçu kəndinə ağır artilleriya hücumlarının şahidi olub və bu hücumlar nəticəsində dağıdılmış evlərə dərhal baş çəkib.

Bu barədə Yenicag.az-a Ombudsman Aparatından məlumat verilib.

Qeyd edək ki, S.Əliyeva bu gün daha əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində həlak olan mülki şəxs, Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun evində olub.

Ombudsman hadisə yerinə baş çəkib və mövcud şəraitlə tanış olub.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600