!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul etdi - FOTO

!Reklam – Yazi

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.

Ombudsman Aparatından Yenicag.az-a verilən xəbərə görə, qonağı salamlayan Ombudsman Azərbaycan ilə Türkiyə arasında münasibətlərin dostluq və qardaşlığa əsaslandığını deyib. O bildirib ki, ölkələrimiz arasında ən yüksək səviyyədə strateji tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir.

Ombudsman Azərbaycan ilə Türkiyənin beynəlxalq miqyasda daim bir-birini dəstəklədiyini qeyd edib.

S. Əliyeva Azərbaycanın ərazisinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu, bu təcavüz nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımızın hüquqlarının kütləvi şəkildə pozulduğunu diqqətə çatdırıb. Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzünə toxunan Səbinə Əliyeva Azərbaycanın haqq işinin dəstəklənməsində qardaş ölkənin göstərdiyi xüsusi dəstəyin təqdirəlayiq olduğunu deyib.

Görüşdə həmçinin Ombudsman təsisatının çoxşaxəli fəaliyyəti haqqında məlumat verilib. Təsisatın Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarının, Asiya Ombudsmanlar Assosiasiyasının, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının üzvü olduğu, habelə Türkdilli ölkələrin Ombudsmanları Şəbəkəsinin yaradılması istiqamətində işlərin həyata keçirildiyi diqqətə çatdırılıb.

Səbinə Əliyeva qardaş ölkə ilə insan hüquqları sahəsində əlaqələrin daha da gücləndirilməsinin, bu baxımdan hər iki ölkənin Ombudsman təsisatları arasında daha sıx əməkdaşlığının inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Səfir Erkan Özoral Ombudsmana səmimi qəbul üçün təşəkkürünü bildirib. O, Azərbaycanda Ombudsman təsisatının fəaliyyətinin yüksək qiymətləndirdiyini deyib.

İki ölkə arasında münasibətlərin nümunəvi xarakter daşıdığını deyən E.Özoral Dağlıq Qarabağ münaqişəsinin həlli – Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb. E.Özoral Azərbaycan və Türkiyənin Ombudsman institutları arasında sıx əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin və təsisatların beynəlxalq səviyyədə fəaliyyətlərinin əlaqələndirilməsinin vacibliyindən danışıb.

COP29

www.yenicag.az

809
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv